Şəmkirdə sel zamanı 2 nəfər xəsarət alıb

Şəmkirdə sel zamanı 2 nəfər xəsarət alıb Şəmkirdə leysan yağışlar nəticəsində sel yaranıb.
Hadisə
8 Avqust , 2022 03:52
Şəmkirdə sel zamanı 2 nəfər xəsarət alıb

Şəmkirdə leysan yağışlar nəticəsində sel yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından başlayaraq Qərb bölgəsində leysan xarakterli yağış yağıb.

Şəmkirin İrmaşlı kəndinə yağan leysan yağışdan sonra əraziyə sel gəlib, təbii hadisə zamanı iki nəfər ehtiyatsızlıqdan sel sularına düşüb. Onlar ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıblar.

Xəsarət alan 2005-ci il təvəllüdlü Ş.Məmmədova və daha bir nəfər hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadasının maşınları ilə xəstəxanaya aparılıblar.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir, Gəncədə və ətraf rayonlara dolu düşüb, ildırım çaxır.

Son xəbərlər

Orphus sistemi