Şəmkirdə qızına balta ilə xəsarət yetirən ata saxlanılıb

Şəmkirdə qızına balta ilə xəsarət yetirən ata saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Oktyabr , 2017 20:23

Şəmkir. 12 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.

"Report"un Qərb bürosunun məlumatına görə, o, bu gün Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən balta ilə ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi