Şəmkirdə qəza zamanı yaralanan qadın tibb işçilərinə müqavimət göstərib

Şəmkirdə qəza zamanı yaralanan qadın tibb işçilərinə müqavimət göstərib Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım həkimlərinin tibbi yardımından imtina edib
Hadisə
28 Avqust , 2017 21:28
Şəmkirdə qəza zamanı yaralanan qadın tibb işçilərinə müqavimət göstərib
Foto: Report.az

Şəmkir. 28 avqust. REPORT.AZ/ Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Könüllü kəndində "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" toqquşub.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin qadın sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lakin yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım həkimlərinin tibbi yardımından imtina edib. Onlara qarşı təzyiq göstərərək xəstəxanaya getməkdən də imtina edən qadın daha sonra başqa avtomobillə hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı daha iki nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi