Şəmkirdə yol qəzasında 2 nəfər öldü, 3-ü yaralandı - YENİLƏNİB-2

Şəmkirdə yol qəzasında 2 nəfər öldü, 3-ü yaralandı - YENİLƏNİB-2 Baş Prokurorluq Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
20 Fevral , 2020 11:31
Şəmkirdə yol qəzasında 2 nəfər öldü, 3-ü yaralandı - YENİLƏNİB-2

Baş Prokurorluq Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, faktla əlaqədar Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Ş.Ağalarov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


*** 10:13

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1974-cü il təvəllüdlü Elməddin Aslanovun idarə etdiyi “Mercedes-Benz” markalı 57-CH-343 dövlət qeydiyyat nişanlı avtomobilin Şahin Ağalarovun idarə etdiyi eyni markalı 99-XV-880 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə qəza nəticəsində sürücü Elməddin Aslanov və sərnişin Orxan Qarayevin hadisə yerində vəfat edib, digər 3 sərnişinin isə xəsarət alıb.


*** 08:23

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəində qeydə alınıb. 

Hərəkətdə olan iki "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Faktkla bağlı araşdrımalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi