Şəmkirdə qəza baş verib, 8 nəfər xəsarət alıb

Şəmkirdə qəza baş verib, 8 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Dekabr , 2016 15:56
Şəmkirdə qəza baş verib, 8 nəfər xəsarət alıb

Şəmkir. 3 dekabr. REPORT.AZ/ Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir royununundan keçən hissəsində qeydə alınıb.

Yüksək sürrətlə hərəkətdə olan "Kia" markalı avtomobil əks tərəfdən gələn "VAZ-2107" markalı avtomobillə daha sonra isə "Range Rover" markalı digər maşına çırpılıb. Qəza zamanı "Vaz" maşının sürücüsü və 3 sərnişini, həmçinin "Kia" markalı avtomobildəki ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi