Şəmkirdə qadın ərinə mesaj yazan qadını bıçaqlayıb

Şəmkirdə qadın ərinə mesaj yazan qadını bıçaqlayıb Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağırdır
Hadisə
26 Avqust , 2016 01:28
Şəmkirdə qadın ərinə mesaj yazan qadını bıçaqlayıb

Şəmkir. 26 avqust. REPORT.AZ / Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Şəmkir Rayon Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, Sarıtəpə kəndində rayon sakini, 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmyerlisi 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Gunel Mirzəyeva polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, G.Mirzəyevanın cinayət törətməsinə səbəb uzaq qohumu olan M.Allahverənovanın, onun həyat yoldaşının telefonuna mesaj yazması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi