Şəmkirdə qadın həmkəndlisini bıçaqlayıb

Şəmkirdə qadın həmkəndlisini bıçaqlayıb Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
23 İyul , 2015 13:48
Şəmkirdə qadın həmkəndlisini bıçaqlayıb

Bakı. 23 iyul. REPORT.AZ/ Şəmkirdə həmkəndlisinə xəsarət yetirən qadın tutulub. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Şəmkir rayonunun Şiştəpə kəndindən kənd sakini Namazalı Aşurov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmkəndlisi Nəzirə Nəbiyeva tutulub.

Faktla bağlı Şəmkir RPŞ-nin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi