Yuxarı

Şəmkirdə piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

​Şəmkirdə piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Şəmkirin Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini, 65 yaşlı H.Məmmədovu yaşadığı evin qarşısından yolu keçmək istəyərkən Şəmkir rayon sakini Rövşən Məzahir oğlu Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

R.Məmmədova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi