Şəmkirdə piyadanı avtomobil vurub

Şəmkirdə piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Yanvar , 2018 08:41
Şəmkirdə piyadanı avtomobil vurub

Şəmkir. 31 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kür qəsəbəsində baş verib. Yolu keçmək istəyən piyada 28 yaşlı Qurbanov Amil avtomobil tərəfindən vurularaq ağır yaralanıb. O,Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi