Yuxarı
    Bağlamaq

    Şəmkirdə orta məktəbdə yanğın baş verib

    Şəmkir. 26 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda orta məktəbdə yanğın olub.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kənd orta məktəbində baş verib. 

    Belə ki, siniflərdən birində quraşdırılmış sobadan döşəməyə düşən köz sinifdə yanğına səbəb olub. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı isə sakinlər tərəfindən alınıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, bir neçə gün əvvəl Şəmkirin Zəyəm qəsəbəsində yerləşən orta məktəb binasında da yanğın hadisəsi qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi