Yuxarı
    Bağlamaq

    Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

    ​​Faktla bağlı araşdırma aparılır

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"  xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb. 

    Belə ki, həmin qəsəbənin sakini Anar Bayramov idarə etdiyi "QAZ-31105" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü A.Bayramov hadisə yerində ölüb. 

    Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi