Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxslər saxlanılıb saxlanılıb
Hadisə
508
26 Mart , 2021 11:23
Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxslər saxlanılıb saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Nağıyev 2020-ci ilin aprel ayında rayon ərazisindəki oyun zallarından birinə qeyri-qanuni yolla daxil olaraq oradan 800 manat dəyərində avadanlıq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Nağıyevin rayon ərazisində daha bir oğurluq etməsi aşkar edilib. Belə ki o, mart ayının 21-də tanışı Samir Mehdiyevlə əvvəlcədən planlaşdıraraq, inzibati binalardan birinə daxil olaraq oradan 1ədəd kompüteri gizli olaraq talayaraq oğurlayıb.

Bundan başqa R. Nağıyev saxlnaılan zaman onun üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 46.607 qram, narkotik vasitə “tiryək” aşkar edilərək götürülüb.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi