DİN Şəmkirdə xəstəxanaya basqın hadisəsi barədə xəbərlərə münasibət bildirib - YENİLƏNİB

DİN Şəmkirdə xəstəxanaya basqın hadisəsi barədə xəbərlərə münasibət bildirib - YENİLƏNİB "Narkotik maddələrin təsiri altında basqın edilməsi hadisəsi reallıqdan uzaqdır"
Hadisə
5 Sentyabr , 2017 23:50
DİN Şəmkirdə xəstəxanaya basqın hadisəsi barədə xəbərlərə münasibət bildirib - YENİLƏNİB
Foto: Report.az

Şəmkir. 5 sentyabr. REPORT.AZ/ Şəmkirdə narkotik maddələrin təsiri altında olan şəxslər xəstəxanaya basqın ediblər.

"Report"un Qərb bürosunun məlumatına görə, şəxsiyyətləri hələ ki, məlum olmayan 4 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxasının Travmatologiya şöbəsinə gələrək orada hay-küy salıblar. Onlar, həmçinin xəstələrə və yaxınlarına təzyiq göstərərək xuliqanlıq ediblər.

Narkotik maddələri təsiri altında olan şəxslər həmin şöbədə işləyən İlhamə adlı tibb bacısının 600 manat dəyərində olan mobil telefonunu da otaqdan götürərək hadisə yerindən uzaqlaşıblar. 

Faktla bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə "Report"a bildirib ki, yuxarıda qeyd olunan hadisə barədə məlumat həqiqəti əks etdirmir. "Şəmkir rayonunda ictimai asayişin qorunması yüksək səviyyədə həyata keçirilir, narkotik maddələrin təsiri altında basqın edilməsi hadisəsi reallıqdan uzaqdır", - O. Mansurzadə bildirib.

Son xəbərlər

Orphus sistemi