Şəmkir. 3 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda yanğın baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kamandar kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini İbrahim Məmmədova məxsus "Mercedes" markalı avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir Rayon Yanğından Mühafizə Xidmətinin (ŞRYMX) yanğınsöndürən maşını cəlb edilib, yanğının genişlənməsinin və ətrafdaki tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırmalara başlanılıb.