Şəmkirdə meşədə yanğın başlayıb

Şəmkirdə meşədə yanğın başlayıb Bakı. 11 iyul. REPORT.AZ/ Şəmkir rayonunda meşədə yanğın başlayıb.
Hadisə
11 İyul , 2018 14:23
Şəmkirdə meşədə yanğın başlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ Şəmkir rayonunda meşədə yanğın başlayıb. 

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib. 

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi