Şəmkirdə maşın ustası müştəri tərəfindən bıçaqlanıb

Şəmkirdə maşın ustası müştəri tərəfindən bıçaqlanıb Döş qəfəsindən bir bıçaq yarası alan usta xəstəxanaya yerləşdirilib
Hadisə
11 İyun , 2017 23:29
Şəmkirdə maşın ustası müştəri tərəfindən bıçaqlanıb

Şəmkir. 11 iyun. REPORT.AZ/ Axşam saatlarında Şəmkirin Kür qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəsəbədə avtomobil ustası işlyən 1984-cü il təvəllüdlü Kür sakini Mehdiyev Vüqar Firuz oğlu mübahisə zəminində müştəri tərəfindən bıçaqlanıb. Onu vuran kişi ustayla birgə işləyən şəxsə də bıçaqla hücum edib. Lakin ətrafdakıların araya girməsi səbəbindən ona xəsarət yetirə bilməyib.

Döş qəfəsindən bir bıçaq yarası alan V.Mehdiyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Fakla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi