Şəmkir. 4 yanvar. REPORT.AZ/ Şəmkirdə mağazadan oğurluq olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki mağazaların birindən 850 manat, enerji içkisi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Ömər Məmmədov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.