Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.
Hadisə
22 Yanvar , 2021 09:11
Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, B.Əliyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi