Şəmkirdə evdən qaçan gəlin tapılıb

Şəmkirdə evdən qaçan gəlin tapılıb Şəmkirdə itkin düşən şəxs tapılıb.
Hadisə
11 Yanvar , 2022 10:00
Şəmkirdə evdən qaçan gəlin tapılıb
0 : 00
0 : 00

Şəmkirdə itkin düşən qadın tapılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşları rayon sakini Gülbəsti Qurbanovanın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə sonuncu Şirvan şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, G.Qurbanova 2021-ci il dekabrın 31-i evdən çıxıb və bir daha geri qayıtmayıb. Qayınanası mətbuata açıqlamasında bildirib ki, gəlini evdən qaçan zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb.

Son xəbərlər

Orphus sistemi