
Şəmkir. 26 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda itkin düşən azyaşlı bacılar tapılıb.
“Report”un Qərb bürosu xəbər verir ki, uşaqların qardaşının sinif yoldaşıgilə getdikləri məlum olub. 2008-ci il təvəllüdlü Məmmədova Minurə Xəqani qızı və onun bacısı, 2005-ci il təvəllüdlü Aişə Məmmədova Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil veriliblər.
Qeyd edək ki, azyaşlı bacıların itməyi ilk dəfə deyil. Onlar bir müdət əvvəl də itkin düşübmüş.
Valeh Dadaşov
Xəbərin müəllifi