Şəmkirdə istixana ərazisində yanğın olub, 1 ton yağ yanıb

Şəmkirdə istixana ərazisində yanğın olub, 1 ton yağ yanıb Şəmkir rayonunun Xuluf kəndində istixana ərazisində yanğın qeydə alınıb.
Hadisə
19 Dekabr , 2023 11:13
Şəmkirdə istixana ərazisində yanğın olub, 1 ton yağ yanıb

Şəmkir rayonunun Xuluf kəndində istixana ərazisində yanğın qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın nəticəsində istixananın ərazisində ümumi sahəsi 52 kvadratmetr olan qazanxananın taxta atmaları, 1 ton yağ çəlləyi və ona bitişik olan 160 kvadratmetr talvar yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

İstixana isə yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi