Yuxarı

Şəmkirdə intihar edən şəxsin kimliyi məlum olub - TƏFƏRRÜAT

Şəmkirdə intihar edən şəxsin kimliyi məlum olub - TƏFƏRRÜAT
Tural Məmmədəliyevin hər hansı ruhi xəstəliyi olmayıb

Şəmkir. 4 fevral. REPORT.AZ/ Şəmkir rayonunda intihar edən 25 yaşlı gəncin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Könüllü kəndində özünü asan şəxs 1993-cü il təvəllüdlü Tural Ələddin oğlu Məmmədəliyevdir.

T. Məmmədəliyev atasına mal-qara arxasınca getdiyini deyərək, evdən uzaqlaşıb. Bir qədər sonra Ə.Məmmədəliyev ondan xəbər almadığından tövləyə gedib. O, oğlunun cəsədini tövlənin tavanından asılı vəziyyətdə aşkarlayıb. 

İlkin məlumata görə, T.Məmmədəliyevin hər hansı ruhi xəstəliyi olmayıb.

İntiharın səbəbi Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi