Yuxarı

Şəmkirdə ikimərtəbəli yaşayış evində yanğın baş verib

İkimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları yanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Şəmkir rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 20:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi