Şəmkirdə iki qardaşı bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Şəmkirdə iki qardaşı bıçaqlayan şəxsin məhkəməsi başlayıb Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən Nurəddin Bayram oğlu Əsədoğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
7 May , 2019 20:06
Şəmkirdə iki qardaşı bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən Nurəddin Bayram oğlu Əsədoğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 29-da Şəmkir rayonunun Qapanlı kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü N.Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

N.Əsədoğlu hadisə yerindən qaçıb və daha sonra həbs edilib.

Son xəbərlər

Orphus sistemi