Şəmkirdə iki nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Şəmkirdə iki nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır Şəmkirdə yol qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən Şahin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
28 dekabr 2021 05:28
Şəmkirdə iki nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Şəmkirdə iki nəfərin ölümündə təqsirləndirilən Şahin Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayır.

"Report"un xəbərinə görə, işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, ağır yol qəzası Bakı-Qazax yolunun Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qarpız daşıyan kiçiktutumlu yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə 2 nəfər - Ramin Məmmədov və Aydın Əliyev dünyasını dəyişib, 2 nəfər - Ağstafa rayon sakinləri - Şahin Məmmədov və Ədalət Bayramov isə yaralanıb.

Hər iki şəxsin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

.

Son xəbərlər

Orphus sistemi