Şəmkirdə iki minik maşını toqquşub

Şəmkirdə iki minik maşını toqquşub Şəmkir rayonunun Çinarlı qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
11 Avqust , 2019 22:36
Şəmkirdə iki minik maşını toqquşub

Şəmkir rayonunun Çinarlı qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində Qüdrət Xəlilov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onların vəziyyətinin orta-ağır və ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi