Şəmkirdə iki maşın toqquşub, sürücülər xəsarət alıb

Şəmkirdə iki maşın toqquşub, sürücülər xəsarət alıb Hadisə sürücülərdən birinin idarəetməni itirməsi nəticəsində baş verib
Hadisə
21 mart 2017 16:01
Şəmkirdə iki maşın toqquşub, sürücülər xəsarət alıb

Şəmkir. 21 mart. REPORT.AZ/ Axşam saatlarında Şəmkirin Dəllər qəsəbəsində baş vermiş yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü yerli sakin Mustafayev Elməddin Anar oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq "VAZ-2108"ə çırpılıb.

Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən Mustafayevin vəziyyəti orta-ağırdır. Digər sürücünün isə aldığı xəsarət yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi