Şəmkirdə iki maşın toqquşdu, sürücü öldü

Şəmkirdə iki maşın toqquşdu, sürücü öldü Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1073
13 Noyabr , 2020 11:21
Şəmkirdə iki maşın toqquşdu, sürücü öldü
0 : 00
0 : 00

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə noyabrın 12-də saat 7 radələrində qeydə alınıb.

Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini S.Hüseynovun idarə etdiyi “QAZ-2705” markalı avtomobillər toqquşub. Nəticədə F.Rəsulov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi