Şəmkirdə iki maşın toqquşdu, sürücülərdən biri öldü

Şəmkirdə iki maşın toqquşdu, sürücülərdən biri öldü Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
28 Noyabr , 2020 12:18
Şəmkirdə iki maşın toqquşdu, sürücülərdən biri öldü

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə noyabrın 27-si saat 13 radələrində Sarıtəpə kəndi ərazisində baş verib.

Rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini N.Bayramovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillər toqquşub.

Nəticədə C.Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi