Şəmkirdə içərisində polislərin olduğu avtomobil aşıb, ölən və yaralananlar var

Şəmkirdə içərisində polislərin olduğu avtomobil aşıb, ölən və yaralananlar var Hadisə Kür qəsəbəsində baş verib
Hadisə
134
24 Oktyabr , 2017 05:00
Şəmkirdə içərisində polislərin olduğu avtomobil aşıb, ölən və yaralananlar var

Şəmkir. 24 oktyabr. REPORT.AZ/ Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəsəbə ilə hərəkət edən "VAZ-21021" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralııar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quluyev Rauf xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi