Şəmkirdə həmyerlisinə silahla xəsarət yetirən şəxs saxlanıldı

Şəmkirdə həmyerlisinə silahla xəsarət yetirən şəxs saxlanıldı Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda silahlı insidentlə bağlı məlumat yayıb.
Hadisə
5 May , 2020 11:35
Şəmkirdə həmyerlisinə silahla xəsarət yetirən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda silahlı insidentlə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, mayın 4-də Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılıb, ondan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb, A.Muradov isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi