Şəmkirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Şəmkir rayonunda mübahisə zəminində həmkəndlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs bir neçə gün sonra saxlanılıb.
Hadisə
273
19 Mart , 2022 18:17
Şəmkirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkir rayonunda mübahisə zəminində həmkəndlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs bir neçə gün sonra saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Seyfəli kəndində 1992-ci il təvəllüdlü X.Babayevi mübahisə zəminində bıçaqlamaqda şübhəli bilinən Z.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə martın 14-də baş verib. Xəsarət alan X.Babayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi