Şəmkirdə evə maskalı basqın etmiş şəxslər saxlanılıblar

Şəmkirdə evə maskalı basqın etmiş şəxslər saxlanılıblar Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
6 Oktyabr , 2017 11:17
Şəmkirdə evə maskalı basqın etmiş şəxslər saxlanılıblar

Şəmkir. 6 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunun Zəyəm Çırdaxan kəndində Yeganə Məmmədovanın evinə basqın etmiş şəxslər saxlanılıblar.

“Report”un Qərb bürosunun məlumatına görə, bunlar kənd sakinləri 35 yaşlı İlkin Babayev və 18 yaşlı Toğrul Babayevdir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar. Onlar evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.

Son xəbərlər

Orphus sistemi