Şəmkirdə evə basqın edən maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib

Şəmkirdə evə basqın edən maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib Şəmkir rayonunda evə maskalı şəxs basqın edib.
Hadisə
6 Sentyabr , 2019 12:18
Şəmkirdə evə basqın edən maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib

Şəmkir rayonunda evə maskalı şəxs basqın edib.

"Report" bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumata yayıb.

Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi