Şəmkirdə evdən 16 min manatlıq qızıl və 5000 dollar pul oğurlanıb

Şəmkirdə evdən 16 min manatlıq qızıl və 5000 dollar pul oğurlanıb Hadisə vaxtı ev sahibi yasda olub
Hadisə
24 Oktyabr , 2016 16:33
Şəmkirdə evdən 16 min manatlıq qızıl və 5000 dollar pul oğurlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, rayonun Seyfəli kəndində Mehdixan Hidayətovun fərdi yaşayış evindən günorta saatlarında dəyəri 16 min manat olan qızıl-zinyət əşyaları, 5000 dollar və 300 000 rus rublu oğurlanıb. Zərərçəkmiş hadisədən yalnız axşam saatlarında xəbər tutub. Belə ki M.Hidayətov yas mərasimindən evə geri dönərkən pəncərələrin qırıldığının şahidi olub.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi