Şəmkirdə cinayətkarlığa qarşı polis-vətəndaş münasibətlərinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib

Şəmkirdə cinayətkarlığa qarşı polis-vətəndaş münasibətlərinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib Şəmkir rayonunda İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda cinayətkarlığa qarşı mübarizədə polis vətəndaş münasibətlərinin gücləndirilməsi” layihəsi çərçivəsi
Hadisə
20 oktyabr 2022 14:00
Şəmkirdə cinayətkarlığa qarşı polis-vətəndaş münasibətlərinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib

Şəmkir rayonunda İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda cinayətkarlığa qarşı mübarizədə polis vətəndaş münasibətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən komitə sədrinin müavini Elçin Şirinov layihə barədə danışıb.

Layihənin əsas məqsədi Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə vətəndaş - polis münasibətlərinin gücləndirilməsindən və onlar arasında qarşılıqlı inamın inkişaf etdirilməsindən ibarətdir. Bu qarşılıqlı etibar və inamı inkişaf etdirməkdə, ölkədə cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsində ictimai təşəbbüsləri artırmaq, cinayət hallarının azalması və baş vermiş cinayətlərin vaxtında aşkar edilməsində vətəndaşların rolunu artırmaqdır.

Məqsəd, həmçinin, polislərin fəaliyyətinə ictimai marağı artırmaq, əhalidə polis orqanlarına qarşı hər hansı anlaşılmaz münasibətlərin, qorxu psixologiyasını azaltmaq və ictmai hərəkət strategiyasından istifadə edilərək problemin birlikdə həll olunmasına nail olunmaqdır.

Son xəbərlər

Orphus sistemi