Şəmkir. 11 iyu . REPORT.AZ/ Şəmkir rayonunda baş vermiş 2 avtoqəzada 3 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ilk hadisə Şəmkir şəhərində "Əli bulağı" adlanan ərazidə baş verib.
Burada iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - Şəmkir rayon Mahmudlu kənd sakini, 1981-ci il təvəllüdlü Kərim Zirəddin oğlu Məmmədov yaralanıb.
Digər avtomobil qəzası isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. Belə ki, "Qazel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaya parçasına çırpılıb. Nəticədə avtomobildə olan, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü, Səfərov Ceyhun Fəxrəddin oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü, Əliyeva Sədaqət Cəmil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki qəzada yaralananlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.