Şəmkirdə bir ailənin üzvləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb

Şəmkirdə bir ailənin üzvləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb Bakı. 7 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib.
Hadisə
7 Sentyabr , 2018 17:08
Şəmkirdə bir ailənin üzvləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb
Foto: "Report"

Bakı. 7 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Asif Nəsirəddin oğlu Cəfərovun idarə etdiyi VAZ markalı avtomobil digər avtomobillə toqquşub. Nəticədə onun özü, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ramilə Cəlal qızı Nağıyeva və övladları - 2009-cu il təvəllüdlü İlkin Asif oğlu Cəfərli və 2007-ci il təvəllüdlü Lalə Asif qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Bundan başqa, qəza zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb. O, yaxınlarının köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi