Şəmkirdə bir ailə yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə bir ailə yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB Şəmkir. 2 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda baş vermiş yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.
Hadisə
2 İyul , 2018 05:23
Şəmkirdə bir ailə yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB
Report

Şəmkir. 2 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda baş vermiş yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Opel" markalı avtomobilin qəzaya uğraması nəticəsində 1 yaş 8 aylıq Nuray Cavid qızı Məmmədova ölüb.

Hadisə zamanı həmçinin Gürcüstan Respublikası, Marnueli rayon sakini, Kərimova Aidə Əli qızı (1985-ci il təvəllüdlü), Bakı şəhər, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, Kərimova Dizbəst (1962-ci il təvəllüdlü) və Məmmədov Cavid Hiday oğlu (1977-ci il təvəllüdlü) xəsarət alıblar. Hər üç yaralının vəziyyətinin orta-ağır, daha iki yaralının vəziyyətinin isə normal olduğu bildirilir.

İlkin ehtimallara görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


***04:44

Bakı-Qazax avtomobil yolunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Opel" markalı avtomobil Bakı şəhərindən Gürcüstan istiqamətinə hərəkətdə olarkən Şəmkir rayonda yerləşən "Tır parkı" deyilən ərazinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində, 1 uşaq ölüb, daha 5 nəfər yaralanıb.

Ölən və yaralananlar bir ailənin üzvüdürlər. İlkin ehtimallara görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi