Şəmkirdə bazarda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Şəmkirdə bazarda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Şəmkir rayonunda bazarda baş vermiş yanğının qarşısı alınıb.
Hadisə
25 iyun 2020 18:01

Şəmkir rayonunda bazarda baş vermiş yanğının qarşısı alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yerləşən "Səbət Bazarı"nda baş vermiş yanğın söndürülüb. 

Hadisə nəticəsində ümumi ərazisi 5 hektar olan bazarın 400 kvadrat metr sahədə olan dönərxana, geyim mağazası və taxta konstruksiyadan ibarət olan ümumi 6 mağaza və köşk yanıb. Xoşbəxtlikdən hadisə iş vaxtı baş verməyib və insanlar az olub. 

Yanğının başvermə səbəbləri araşdırılır.


***21:31

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yanğın olması barədə məlumat daxil olub. 

"Report" xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi