Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB Şəmkir şəhərində baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
7 Aprel , 2019 10:16
Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Şəmkir şəhərində baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Rusiyadan Goranboy rayonuna gələn "Jeep" markalı avtomobil "Ford" markalı mikroavtobusla toqquşub.

Qəza nəticəsində, 46 yaşlı Müşfiq Rüstəmov, 45 yaşlı Anar Rafiq oğlu Qocayev, 52 yaşlı Niyazi Hörmət oğlu Qurbanov müxtəlif bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, qəzaya sürücülərdən birinin sükan arxasında yuxuya getməsi səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


***08:43

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı üç nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi