Şəmkirdə baş verən yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkirdə baş verən yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Dekabr , 2018 22:50
Şəmkirdə baş verən yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkir. 16 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adaları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1960-cı il təvəllüdlü Zirəddin Bayraç oğlu Qasımov və həyat yoldaşı, 1961-ci il təvəllüdlü Rəna Qasımova, həmçinin onların nəvələri: 4 yaşlı Nuray Elşən qızı Bayramova, 7 yaşlı Yüsif Elşən oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


*** 21:23
Şəmkir. 16 dekabr. REPORT.AZ/ Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi