Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanıldı

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanıldı ​​​​​​​Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Hadisə
3330
7 Sentyabr , 2020 20:55
Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanıldı
0 : 00
0 : 00

Şəmkir rayonunda saxlanılan 5 nəfər avtoxuliqandan 3-ü məhkəmə qərarı ilə həbs edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, digər iki nəfər isə 750 və 500 manat məbləğində cərimə olunub.

15:39

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakinləri - Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu  hərəkətlərin görüntülərini müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.

Saxlanılan şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi