Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb

Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
26 İyun , 2021 19:27
Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb

Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Sabirkəndində "Hyundai Sonata" "VAZ-2106" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq aşıb. Qəza nəticəsində Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Pəri Sadıqova xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi