Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib

Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib Şəmkirdə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
11 iyul 2022 22:21
Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib

Şəmkirdə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü İ. Əliyevi avtomobil vurub.

Nıticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Reanimasiya şöbəsində müalicəsi davam edən zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi