Yuxarı
    Bağlamaq

    ​Şəmkirdə avtomobil yoldan çıxaraq aşıb, 2 nəfər xəsarət alıb

    Qəza Bakı-Qazax magistralının Şəmkirin Könüllü kəndi ərazisindən keçən hissəsində baş verib

    Bakı. 26 aprel. REPORT.AZ/ Bakı-Qazax magistralının Şəmkirin Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

    "Report" xəbər verir ki, Qurbanəli Qurbanov idarə etdiyi “İnfinity” markalı avtomobil ilə üzü Gəncəyə tərəf hərəkətdə olan zaman, yolun əks istiqamətində gələn “VAZ 2107” markalı avtomobil onun yoluna çıxıb.

    Nəticədə “İnfinity”nin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaya səbəb olan “VAZ 2107” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində qəzanın səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi