Şəmkirdə avtomobil obyektə çırpılıb, ölən və xəsarət alan var

Şəmkirdə avtomobil obyektə çırpılıb, ölən və xəsarət alan var Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
3 May , 2022 18:35
Şəmkirdə avtomobil obyektə çırpılıb, ölən və xəsarət alan var

Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya çatdırılıb. Lakin N.Əliyevin dünyasını dəyişdiyi məlum olub. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi