Yuxarı

Şəmkirdə minik avtomobili traktorla toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB

​Şəmkirdə avtomobil qəzası olub

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəyəm- Düyərli kənd yolunun Düyərli kəndi ərazisində baş verib. 

Belə ki, traktor "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 56 yaşlı Azad Namazov müxtəlif bədən xəsarətləri alıb. Hadisə nəticəsində daha bir nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


***21:02

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm qəsəbə ərazisində qeydə alınıb. 

Hadisə nəticəsində xəsarət alanın olduğu bildirilir. Hazırda əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

Qəzanın təfərrüatları araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi