Şəmkirdə ağır avtomobil qəzası olub, ölən və yaralananlar var

Şəmkirdə ağır avtomobil qəzası olub, ölən və yaralananlar var Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
27 Noyabr , 2021 21:44
Şəmkirdə ağır avtomobil qəzası olub, ölən və yaralananlar var

Şəmkirdə ağır yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, minik avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1996-cı il təvəllüdlü Xəyal İsmayılov ölüb, 1994-cü il təvəllüdlü Yusif Axundov və daha 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

20:00

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən avtomobil qəzası başverib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, minik avtomobilin idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər gənc oğlan hadisə yerində dünyasını dəyişib. Daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

19:02

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəzada xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi