Şəmkirdə ağır yol qəzası olub, ölən və yaralananlar var

Şəmkirdə ağır yol qəzası olub, ölən və yaralananlar var Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
20 Mart , 2022 22:48
Şəmkirdə ağır yol qəzası olub, ölən və yaralananlar var

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1964-cü il təvəllüdlü Hüseynova Şəmsiyə Kamil qızı hadisə yerində dünyasını dəyişib, daha altı nəfər, Qazax rayon sakinləri - Turac Kosayeva (1985-ci il təvəllüdlü) və Elxan Kosayev (1985), həmçinin Şəmkir rayon sakinləri - Günay Məmmədzadə (1889), Ülvi Məmmədzadə (1986), Qumru Sultanova (1998) və Nərgiz Məmmədzadə (2017) xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. 

Qeyd edək ki, Kosayevlər bir ailənin, digər xəsarət alanlar və ölən şəxs isə başqa ailənin üzvləridirir.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:09

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Könüllü kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi